“Xalq Kapital İnvestisiya Şirkəti”nin aktivləri 28% artıb

“Xalq Kapital İnvestisiya Şirkəti”nin aktivləri 28% artıb “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 28,4% artaraq bu il yanvarın 1-nə 578 min manat təşkil edib.
Maliyyə
16 May , 2019 15:19
“Xalq Kapital İnvestisiya Şirkəti”nin aktivləri 28% artıb

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 28,4% artaraq bu il yanvarın 1-nə 578 min manat təşkil edib.

“Report” bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “Xalq Kapital”ın cəmi öhdəlikləri 33,3% azalaraq 38 min manat, cəmi kapitalı isə 37,4% artaraq 540 min manat olub.

İnvestisiya şirkəti 2018-ci ili 147 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 4,7 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi