“Xalq Bank”ın xalis mənfəəti 27% artıb

“Xalq Bank”ın xalis mənfəəti 27% artıb “Xalq Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 2 135,273 milyon manat təşkil edib.
Maliyyə
29 İyul , 2019 14:15
“Xalq Bank”ın xalis mənfəəti 27% artıb

“Xalq Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 2 135,273 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 8% çoxdur.

“Xalq Bank”ın aktivlərinin 1 493,554 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,7% böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın cəmi öhdəlikləri 1,9% artaraq 1 736,031 milyon manata, o cümlədən depozit portfeli 13,8% artaraq 1 389,811 milyon manata, cəmi kapitalı isə 45,9% artaraq 399,241 milyon manat, o cümlədən nizamnamə kapitalı 62,1% artaraq 364,773 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Xalq Bank”ın əməliyyat gəlirləri 63,312 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8,9% çox), əməliyyat xərcləri 30,34 milyon manat (1,8% az), xüsusi ehtiyatlara ayırmaları 13,953 milyon manat (4,4% çox), gözlənilməz gəlirləri 167 min manat (15,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 3,522 milyon manat (2,25 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 15,664 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 27,2% çoxdur.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi