“Xalq Bank”ın aktivləri 7% artıb

“Xalq Bank”ın aktivləri 7% artıb Bakı. 17 iyul. REPORT.AZ/ Bakı. “Xalq Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 7% artaraq 2018-ci il iyulun 1-nə 1 977 525 min manata çatıb.
Maliyyə
17 İyul , 2018 13:23
“Xalq Bank”ın aktivləri 7% artıb

Bakı. 17 iyul. REPORT.AZ/ Bakı. “Xalq Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 7% artaraq 2018-ci il iyulun 1-nə 1 977 525 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 0,6% azalaraq bu il iyulun 1-nə 1 291 369 min manat təşkil edib.

Cəmi öhdəliklər illik 6,5% artaraq 1 703 828 min manata çatıb. Bu müddətdə depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) illik 0,7% azalaraq 1 221 622 min manata düşüb. Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbləri 2% azalaraq 2018-ci il iyulun 1-nə 30 792 min manat qalıb. 2018-ci il iyulun 1-nə bankın cəmi kapitalı 273 697 min manat təşkil edib ki, bu da illik 11,6% artım deməkdir. 2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 225 078,6 min manat, məcmu kapitalı 272 156,75 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci yarısında 12 319 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır. 2018-ci ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 54 473 min manat, qeyri-faiz gəlirləri 3 673 min manat, faiz xərcləri 11 593 min manat, qeyri-faiz xərcləri 19 312 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi