"Xalq Bank" ilk rübü mənfəətlə başa vurub

"Xalq Bank" ilk rübü mənfəətlə başa vurub Bakı. 21 aprel. REPORT.AZ/ "Xalq Bank" ASC-nin aktivləri bu ilin əvvəlindən 0,5% azalaraq aprelin 1-nə 1,660 mlrd. manat təşkil edib."Report"un Ban...
Maliyyə
21 Aprel , 2017 13:30
Xalq Bank ilk rübü mənfəətlə başa vurub

Bakı. 21 aprel. REPORT.AZ/ "Xalq Bank" ASC-nin aktivləri bu ilin əvvəlindən 0,5% azalaraq aprelin 1-nə 1,660 mlrd. manat təşkil edib.

"Report"un Bankın maliyyə hesabatına istinadən verdiyi xəbərə görə, müştərilərə verilən kreditlərin həcmi 0,1% azalaraq aprelin 1-nə 1 261,9 mln. manat olub. Kreditlərin 763 mln. manatı xarici valyutada verilib.

Kredit portfelinin 83,6 mln. manatının və ya 6,6%-nin ödəniş vaxtı keçib.

Cəmi öhdəliklər 0,8% azalaraq cari il aprelin 1-nə 1 419,7 mln. manata enib. Depozit portfeli də ilin əvvəlindən 0,9% azalaraq 1 089 mln. manat təşkil edib. Depozitlərin 757 mln. manatı xarici valyuatada yerləşdirilib.

AMB-nin Banka qarşı tələbləri ilin əvvəlindəki 31,5 mln. manatdan 31,492 mln. manata enib.

Cari il aprelin 1-nə "Xalq Bank"ın nizamnamə kapitalı 211,7 mln. manat, cəmi kapitalı 240,4 mln. manat təşkil edib.

Bank cari ilin birinci rübündə 598,23 min manat xalis mənfəət əldə edib. Faiz gəlirləri 26,5 mln. manat, faiz xərcləri 7,8 mln. manat, qeyri-faiz gəlirləri 4,4 mln. manat, qeyri-faiz xərcləri 7,6 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi