“Xalq Bank”da yeni idarə yaradılıb

“Xalq Bank”da yeni idarə yaradılıb Bakı. 27 iyul. REPORT.AZ/ “Xalq Bank” ASC-də Risklərin idarə edilməsi İdarəsi yaradılıb.Bu barədə “Report” Banka istinadən xəbər verir. Məlumata gö...
Maliyyə
27 İyul , 2017 13:29
“Xalq Bank”da yeni idarə yaradılıb
Report

Bakı. 27 iyul. REPORT.AZ/ “Xalq Bank” ASC-də Risklərin idarə edilməsi İdarəsi yaradılıb.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, idarəyə Nəbi Nəbiyev rəhbərlik edəcək.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 58,3 manat olan 3 630 300 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi