Vüqar Gülməmmədov: "Vahid xəzinə hesabının qalığı üzrə əlavə potensial mövcuddur"

Vüqar Gülməmmədov: "Vahid xəzinə hesabının qalığı üzrə əlavə potensial mövcuddur" Bakı. 8 noyabr. REPORT.AZ/ Vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən daxilolma məbləğinin yüksək olacağı gözlənilir. Vahid xəzinə hesabının idarəetməyə və depozitə yerləşdirilmiş sərbəst qalıq vəsaitlərinin mənbələr üzrə təhlili əlavə potensialın mövcudluğunu göstərir.
Maliyyə
8 Noyabr , 2017 12:23
Vüqar Gülməmmədov: Vahid xəzinə hesabının qalığı üzrə əlavə potensial mövcuddur

Bakı. 8 noyabr. REPORT.AZ/ Vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən daxilolma məbləğinin yüksək olacağı gözlənilir. Vahid xəzinə hesabının idarəetməyə və depozitə yerləşdirilmiş sərbəst qalıq vəsaitlərinin mənbələr üzrə təhlili əlavə potensialın mövcudluğunu göstərir.

"Report"un verdiyi xəbərə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Növbəti ilin büdcə layihəsində vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən 4,0 mln. manat vəsait nəzərdə tutulur. 2016-cı ildə bu mənbə üzrə nəzərdə tutulmuş vəsaitə qarşı 6,0 dəfə çox, 2017-ci ildə nəzərdə tutulmuş illik proqnoz məbləğindən 38,5% çox vəsait daxil olub.

O qeyd edib ki, Hesablama Palatasına daxil olan məlumatlara əsasən, nizamnamə fondunda dövlətin payı olan 2 mindən artıq kommersiya hüquqi şəxs mövcuddur ki, Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli qərarı ilə bunlardan 14-ü gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinə aid edilib: "Bu şirkətlərin 1 yanvar 2017-ci il tarixinə kifayət qədər böyük nizamnamə fondu olduğu, həmin şirkətlərə dövlət büdcəsindən (əsasən investisiya xərclərindən və ehtiyat fondlarından) və eyni zamanda dövlət zəmanətli kreditlərdən böyük məbləğlərdə vəsaitlər ayrıldığı halda, dövlət büdcəsinə dividendlər hesablanmır və ödənilmir. Bu məsələnin də diqqətdə saxlanması hesab edirik ki, çox vacibdir".

Palatanın rəhbəri əlavə edib ki, 2018-ci ildə son illərdə azalma ilə proqnozlaşdırılmış dövlət investisiya xərclərində nəzərəçarpacaq artım proqnozlaşdırılır ki, bu da büdcə gəlirlərinin və iqtisadi aktivliyin gücləndirilməsində mühüm rol oynayacaq.

"Digər məqam publik hüquqi şəxslərlə bağlıdır. Belə ki, növbəti ildə dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına, eləcə də büdcədənkənar gəlir və xərclərinə növbəti ildən vəsait nəzərdə tutulmamasıdır. Növbəti ilin dövlət büdcəsində ilk dəfə olaraq “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb. Beynəlxalq təcrübə və nəzəriyyədə borc göstəricilərinə bir sıra indikatorlar aid edilir", - deyə V.Gülməmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkədə borc dayanıqlığının mövcud olduğunu göstərir: "Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı həddi, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi azalma ilə proqnozlaşdırılıb. Bu isə növbəti illərdə dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi