Yuxarı

Vüqar Gülməmmədov: "Borcların ödənilməsinə nəzarət gücləndirilməlidir"

Hesablama Palatasının sədri: Özəlləşdirmədən büdcəyə daxilomalar proqnozdan az icra olunub

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə dövlət təşkilatları üzrə debitor borcların azalması müşahidə olunub. "Report"un verdiyi xəbərə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında çıxışı zamanı bildirib: "Lakin Hesablama Palatasının apardığı audit tədbirləri göstərir ki, debitor borcların ödənişinə nəzarəti gücləndirmək lazımdır".

"Kəsirin yuxarı həddi nəzərdə tutulandan 6 dəfəyə qədər az olub və 286 mln. manat təşkil edib. Özəlləşmədən daxilomalar nəzərdə tutulandan 17% az icra olunub", - deyə Palata sədri qeyd edib.

V.Gülməmmədov deyib ki, özəlləşdirmədə proqnoz göstəricilərin yerinə yetirilməməsi özəlləşdirilmiş müəssisə və obyektlərin satışından az gəlirlərin əldə edilməsi ilə əlaqədar olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi