VTB: Bankın kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb

VTB: Bankın kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb Bunu, Bankın rəsmi müraciətinə cavab olaraq "Viza" şirkəti bəyan edib
Maliyyə
24 Dekabr , 2015 14:36
VTB: Bankın kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə "Bank VTB (Azerbaijan)" ASC-nin ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə bağlı kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin narahatlığı ilə bağlı yaranan suallara cavab olaraq Bankın yaydığı məlumatda bildirilir. 

"Məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb. Bu məsələ ilə bağlı "Visa" şirkətinə müraciət olunub. "Viza" şirkətindən müraciətə cavab olaraq bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiya və xarici dövlətlərdə VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq", - deyə Bankın yaydığı məlumatda qeyd olunub.

"Visa" təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin 2015-ci il dekabrın 22-də məlumat verdiyi sektoral sanksiyaların "Visa" kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur”, - deyə "Visa" şirkətinin cavabında bildirilir.

Qeyd edək ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.

Son xəbərlər

Orphus sistemi