​"VTB 24"-ün mənfəəti 4 illik rekorda çatıb

​"VTB 24"-ün mənfəəti 4 illik rekorda çatıb Bu il Bank rekord həddə xalis mənfəət əldə etməyi planlaşdırır
Maliyyə
17 Avqust , 2016 17:59
​VTB 24-ün mənfəəti 4 illik rekorda çatıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Rusiyanın "VTB 24" bankının xalis mənfəəti 18,3 mlrd. rubl (təxminən 463 mln. manat) təşkil edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, son 4 il ərzində ən böyük 7 aylıq mənfəətdir.

2015-ci ilin eyni dövründə "VTB 24" zərərlə işləyib. 2014-cü ilin yanvar-iyulunda Bank 12,8 mlrd. rubl (təxminən 324 mln. manat), 2013-cü ilin ilk 7 ayında isə 10,7 mlrd. rubl (təxminən 271 mln. manat) mənfəət əldə edib.

Bir qədər əvvəl mətbuata açıqlama verən "VTB 24"-ün İdarə Heyətinin sədri Mixail Zadornov bəyan edib ki, bu ilin maliyyə nəticələri indiyə qədər bankın fəaliyyəti dövründə ən uğurlu il olmuş 2012-ci ilin göstəricilərini üstələyə bilər. Həmin ildən banklar qrupu 37,1 mlrd. rubl (təxminən 939 mln. manat) xalis mənfəətlə çıxıb.

Xatırladaq ki, "VTB 24" ilə yanaşı "VTB Group"a daxil olan "Bank VTB"-nin səhmlərinin 3%-i Azərbaycan hökuməti adından çıxış edən Dövlət Neft Fonduna məxsusdur. 

Son xəbərlər

Orphus sistemi