Yuxarı

VİX indeksinin dinamikası maliyyə bazarlarında kəskin dalğalanmalar vəd verir

Hedc fondları: FES faizləri artırmasa da, maliyyə bazarlarında sərt volatillik gözlənilir

Bakı. 13 sentyabr. REPORT.AZ/ VİX indeksi son günlərdə sərt artım göstərib və 76% artaraq 11,65 səviyyəsindən 20,51-ə çatıb, lakin hazırda 16-ya bərabərdir. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, VİX indeksi ənənəvi olaraq iyul ayında artmağa başlayır və noyabrda maksimal həddinə çatır. Lakin bu dəfə treyderlər VİX indeksinin daha yüksək səviyyəyə çatmaq potensialının olduğunu bildirirlər. 

Qeyd edək ki, VİX indeksi təhlükə və ya qorxu indeksi kimi hesab olunsa da, ilkin vəzifəsi maliyyə bazarlarında dalğalanmaların sürət gözləntisi kimi qəbul olunur. VİX əslində "CBOE (Chicago Board Options Exchange) Volatility İndex"in qısa adı olub, ABŞ-ın "S&P 500" indeksinin dalğalanma (volatillik) dərəcəsini göstərir.

Xatırladaq ki, VİX-in statistikasına baxdıqda, onun orta qiyməti 1990-cı ildən etibarən 20-ə yaxın olduğu müşahidə edilir. Lakin müəyyən dövrlər var ki, VİX həmin vaxt 15-dən aşağı olub. Belə ki, 1990-cı ildən sonra 3 belə uzunmüddətli dövr qeydə alınıb. Bu, fevral 1993-cü il-sentyabr 1996-cı il (43 ay, orta qiymət - 13,4), fevral 2005-ci il-oktyabr 2007-ci il (32 ay, 13,2) və avqust 2013-cü il-iyul 2015-ci il (23 ay, 14,4) dövrləri olub. 

"Report"un analitik qrupu bildirir ki, yuxarıda sadalanan ilk iki dövrdən sonra qlobal maliyyyə bazarları böhranla üzləşib. Belə ki, 1998-1999-ci illərdə dünya böhranı Asiya və Rusiya kimi inkişaf etməkdə olan ölkələri əhatə edib. İkinci böhran isə 2008-2009-cu illərdə ABŞ-da başlayıb və indiyə qədər onun təsiri davam edir. Statistika onu göstərir ki, yeni bir maliyyə böhranı yaxınlaşmaq üzrədir. Belə ki, VİX indeksi 15 səviyyəsini keçdikdən bir neçə il sonra dalğalanma dərəcəsi aşağı düşməyə başlayır və bu dövrlər qlobal maliyyə bazarları üçün çətin mərhələ olur.

"Başqa sözlə, VİX indeksi maliyyə bazarları üçün gələcək dalğalanma dərəcəsini əks etdirir. Yuanın devalvasiyası və dünya fond birjalarının azalması VİX indeksini 15 bəndindən yuxarı qaldırıb, bununla da son iliik orta qiymət 17,2 təşkil edir. Bəzi hedc fondlarının ekspertləri bildirirlər ki, FES-in uçot dərəcəsini artırmasa da, maliyyə bazarlarında dalğalanmalar kəskinləşəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi