Yuxarı

"VF AzərKredit" dollarla krediti olan müştərilərinə güzəşt təklif edir

Hesablanmış gecikmə cəriməsi, keçmiş kredit üzrə erkən bağlanma haqqı və komissiya məbləği bağışlanır

Bakı. 29 mart. REPORT.AZ/ “VF AzərKredit” MMC müştərilərinin ABŞ dollarında olan bütün kreditlərini milli valyutaya konvertasiya olunmasını təklif edib. “Report”un məlumatına görə, kreditlər Azərbaycan Mərkəzi Bankının dolların rəsmi məzənnəsi əsasında manat ekvivalentinə çevriləcək.

Həmçinin, təşkilat sosialyönümlü olmasını nəzərə alaraq, hesablanmış gecikmə cəriməsi, keçmiş kredit üzrə erkən bağlanma haqqı və komissiya məbləğini bağışlayır. Konvertasiyadan sonra müştəri kredit borcunu vaxtında ödəyərsə, ona təklif paketinin şərtlərinə əsasən müəyyən olunmuş kredit dövrləri üçün kreditin faizləri güzəşt edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi