Yuxarı

Vəzifəli şəxslərin büdcə vəsaitindən istifadəsinə məsuliyyət artırılıb

Həmçninin, büdcədənkənar dövlət fondlarının vəsaitinin təyinatı üzrə istifadə olunması araşdırılacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Büdcə sistemi haqqında" qanuna dəyişiklik layihəsi Azərbaycan parlamentinin bugünki plenar iclasında müzakirə olunaraq təsdiqlənib. "Report"un verdiyi xəbərə görə, məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Həmçninin, digər əlavəyə əsasən, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və omların başqa məqsədlərə xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməsinə görə vəzifəli şəxslər Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Bundan başqa, dövlət büdcəsinndən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe olan təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməsinə görə Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi