Bakı. 14 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 542 401,2 min manat həcmində vəsait daxil olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,65% azalma deməkdir.
"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, müvafiq rüblük proqnoz tapşırığına 101,4% əməl edilib.
Hesabat dövründə 28 434 vergi ödəyicisi qeydiyyata alınıb.
Qeyd edək ki, 2015-ci ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 600 752,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,0% əməl edilib.