Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 3,3% azalıb

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 3,3% azalıb Azərbaycan Dövlət Neft Şirkəti büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6% əməl edib
Maliyyə
5 Oktyabr , 2016 17:08
Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 3,3% azalıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 926,185 mln. manat vəsait daxil olub, proqnoz tapşırığına 100,2% əməl edilib. “Report”a xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% azdır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6 % əməl etsə də, Hasilatın Pay Bölgüsü üzrə (PSA mənfəət) proqnoz tapşırığı kəsirlə, yəni 82% icra olunub.

Qeyri-neft sektoru üzrə büdcəyə 3 843,652 mln. manat vəsait daxil olub, proqnoz tapşırığına 101,7% əməl edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 365,968 mln. manat və ya 10,5% çoxdur.

Hesabat dövründə ölkə üzrə 89 101 vergi ödəyicisi qeydiyyata alınıb. Oktyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 297 olub ki, bu da 2015-ci il oktyabrın 1-nə nisbətən 12,2% çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89,7% təşkil edib.

Son xəbərlər

Orphus sistemi