Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2,4% artıb

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2,4% artıb Nazirlik üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 106,3% əməl olunub
Maliyyə
5 May , 2017 17:11
Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2,4% artıb
Report

Bakı. 5 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 256 748 min manat məbləğində vəsait ödənilib. 

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Report”a verilən məlumata görə, Nazirlik üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 106,3% əməl olunub.

Qeyd edək ki, ötən illə müqayisədə cari ilin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 51 773,3 min manat yaxud 2,35% artıb.

Son xəbərlər

Orphus sistemi