Yuxarı

Vergilər Nazirliyinin regional departamentində qanunsuzluq aşkarlanıb

Zərərin yaranma səbəbi göstərilmədiyi ortaya çıxıb

Bakı. 7 aprel. REPORT.AZ/ Mingəçevir, Yevlax, Şəki şəhərləri, Bərdə və Yevlax rayonlarını əhatə edən Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentində vergi qanunvericiliyinə riayət edilməsi ilə bağlı keçirilən audit yoxlamalarının nəticələrinə görə, bütün şəhər və rayonlarda hüquqi şəxslərin torpaq vergisi üzrə vergi daxilolmalarının azaldığı aşkar edilib. "Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Hesabata görə, Mingəçevir şəhər və Bərdə rayonunda bəzi daxilolmalar üzrə proqnoz əvvəlki ilin proqnozu və eləcə də, icra göstəriciləri ilə müqayisədə az müəyyən edilib, dövlət rüsumu, dövlət mülkiyyətində olan torpaqların icarəsindən daxilolmalar üzrə proqnozlar, ümumiyyətlə əsaslandırılmış yol və mədən vergiləri üzrə proqnoz müəyyən edilməyib, vergitutma bazasının artmasına baxmayaraq, əvvəlki il ilə müqayisədə yol vergisi daxilolmaları azalıb.

Hesabatda qeyd edilir ki, qeydiyyatda olan vergi ödəyicilərindən 162 vergi ödəyicisi 2012-2013-cü ilin nəticələrinə görə, 48 hüquqi şəxs isə hər iki ilin yekununa görə zərərlə fəaliyyət göstərib. Həmin vergi ödəyicilərindən 34-ü səyyar vergi yoxlamaları ilə əhatə edilməyib, 14 vergi ödəyicisində səyyar vergi yoxlamalarının nəticələrinə görə tərtib edilmiş aktlarla həmin vergi ödəyicilərinin zərərlə fəaliyyət göstərdikləri bütün hallarda təsdiq edilsə də, zərərin yaranma səbəbi göstərilmədiyi ortaya çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi