​Vergilər Nazirliyində yeni idarə yaradılıb

​Vergilər Nazirliyində yeni idarə yaradılıb Maliyyə-təsərrüfat İdarəsinın adı Maliyyə və təminat İdarəsinə dəyişdirilib
Maliyyə
27 İyul , 2016 12:24
​Vergilər Nazirliyində yeni idarə yaradılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Vergilər Nazirliyinin idarələrindən birinin adı dəyişdirilib. “Report” xəbər verir ki, həmin idarəyə baş vergi müşaviri Rahim Veyis oğlu Əfəndiyev rəhbərlik edir.

Məlumata görə, Vergilər Nazirliyinin Maliyyə-təsərrüfat İdarəsi bundan sonra Maliyyə və təminat İdarəsi adlanacaq.

Qeyd edək ki, R.Əfəndiyev həm də Nazirliyin Aparat rəhbəridir.

Son xəbərlər

Orphus sistemi