​Vergilər Nazirliyində yeni idarə rəisi təyin olunub

​Vergilər Nazirliyində yeni idarə rəisi təyin olunub Nazirliyin Hüquq Baş İdarəsinə rəis təyin olunub
Maliyyə
23 İyun , 2016 12:57
​Vergilər Nazirliyində yeni idarə rəisi təyin olunub

Bakı. 23 iyun. REPORT. AZ / Vergilər Nazirliyində yeni kadr təyinatı baş verib. “Report”un məlumatına görə, kiçik vergi xidməti müşaviri Yeganə Nəsir qızı Balakişiyeva Vergilər Nazirliyi Hüquq Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, həmin İdarənin rəis müavini olan Y.Balakişiyeva bu vaxta qədər həmin vəzifəni müvəqqəti icra edib.

Xatırladaq ki, Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin keçmiş rəisi Zeynalabdin Yunsur oğlu Məmmədzadə Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinə rəis təyin olunub.

Son xəbərlər

Orphus sistemi