Yuxarı

​Vergilər Nazirliyində struktur dəyişiklikləri olub

Vəzifədən azad olunan müşavir Rəhim Əfəndiyev Maliyyə-təsərrüfat İdarəsinin rəisi təyin edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Vergilər Nazirliyində bir sıra struktur dəyişilikləri baş verib. "Report"un məlumatına görə, Nazirlikdə yeni, Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsi yaradılıb. Vergilər nazirinin əmrinə əsasən, Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsinə Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin keçmiş rəisi Natiq Şirinov təyin olunub.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Hüquq Baş İdarəsinin rəisi vəzifəsinə isə vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadənin təyinatı baş tutub.

Digər dəyişikliyə görə, Vergi auditi və operativ nəzarət Baş İdarəsinin rəisi İlqar Əhmədov Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, İ.Əhmədov həm də vergilər nazirinin müşaviridir.

Vergi auditi və operativ nəzarət Baş İdarəsinə isə kiçik vergi xidməti müşaviri Toğrul Quliyev başçılıq edəcək.

Nazir Fazil Məmmədov vəzifədən azad etdiyi müşaviri Rəhim Əfəndiyevi Maliyyə-təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi