Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb

Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb Bu mərkəzlər ləğv edilən şöbələrin bazasında yaradılıb
Maliyyə
6 Yanvar , 2017 10:00
Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyinin iki şöbəsi ləğv edilib. “Report” xəbər verir ki, ləğv edilən şöbələrin bazasında mərkəzlər yaradılıb.

Məlumata görə, ləğv edilən analitik-informasiya şöbəsinin əvəzində Media və Kommunikasiya Mərkəzi, informasiya texnologiyaları şöbəsinin əvəzində isə İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb.

Media və Kommunikasiya Mərkəzinin rəhbəri Mehdi Mirsəlimov, İT Mərkəzinin rəhbəri isə Eyyub İbrahimov təyin edilib.

Qeyd edək ki, hər iki şəxs ləğv edilən şöbələrin rəisləri olub.

Son xəbərlər

Orphus sistemi