Vergilər Nazirliyində İİƏT-in nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində İİƏT-in nümayəndə heyəti ilə görüş keçirilib Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) Avrasiya Şöbəsinin rəhbəriUilyam Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə
27 Sentyabr , 2018 18:56
Vergilər Nazirliyində İİƏT-in nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) Avrasiya Şöbəsinin rəhbəriUilyam Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, görüşdə İİƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, vergi sahəsində həyata keçirilən islahatlar, həmçinin təşkilatın Avrasiya ölkələrində rəqabətqabiliyyətliliyin artırılması proqramı üzrə təşkil etdiyi illik “Avrasiya həftəsi” tədbiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi