Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir

Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir Bakı. 18 may. REPORT.AZ/ Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslər vergiyə cəlb olunacaq.
Maliyyə
17 May , 2018 10:51
Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir
Vergilər Nazirliyi / Report
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslər vergiyə cəlb olunacaq. 

"Report"un verdiyi xəbərə görə, nazirliyin mövqeyini qurumun Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov açıqlayıb. 

"Azərbaycanda kriptovalyuta əməliyyatlarını əsasən fiziki şəxslər həyata keçirir. Hesab edirik ki, bu insanların apardığı əməliyyatlar qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməli, həmin şəxslər vergi orqanlarında uçota durmalıdır, qeyri-sahibkarlıq fəaliyyəti üzrə dərəcələr tətbiq edilməklə vergi ödəməlidirlər", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi