Vergilər Nazirliyi ilk rübdə 370 mindən çox ödəyiciyə bildiriş göndərib

Vergilər Nazirliyi ilk rübdə 370 mindən çox ödəyiciyə bildiriş göndərib Bu ilin ilk üç ayında vəsaitlərin 90,9%-i könüllü əməletmə və vergi ödəyicilərinə göstərilən xidmətlər sayəsində dövlət büdcəsinə daxil olub
Maliyyə
18 Aprel , 2017 20:00
Vergilər Nazirliyi ilk rübdə 370 mindən çox ödəyiciyə bildiriş göndərib

Bakı. 18 aprel. REPORT.AZ/ “Bu ilin birinci rübündə vergi ödəyicilərinə 370 149 bildiriş göndərilib, eləcə də 9045 vergi ödəyicisinə ünvanlı xidmətlər göstərilib”. 

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədov deyib.

O bildirib ki, fəaliyyət sahələri nəzərə alınmaqla vergi qanunvericiliyinə edilən dəyişikliklər, o cümlədən "Nağdsız hesablaşmalar haqqında" və "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunlar barədə vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə müəyyən edilmiş zonalar üzrə 2000-dən çox vergi ödəyicisinin iştirakı ilə 26 görüş keçirilib.

Onun sözlərinə görə, fərdi yanaşma prinsipi ilə vergi ödəyicilərinə daha səmərəli xidmətlərin göstərilməsi və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər artıq öz nəticəsini verib: "Bu ilin ilk üç ayında vəsaitlərin 90,9%-i könüllü əməletmə və vergi ödəyicilərinə göstərilən xidmətlər sayəsində dövlət büdcəsinə daxil olub. Könüllü əməletmə səviyyəsinin artmasına təsir göstərən amillərdən biri də 2017-ci ildən fərdi əməklə məşğul olan şəxslərin sabit vergiyə cəlb olunmasıdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər aylıq sabit məbləğdə sadələşdirilmiş vergi ödəyirlər. Onlar kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Vergi yükünün əhəmiyyətli şəkildə azalmasını və bəyannamələrin təqdim edilməsi zərurətinin aradan qaldırılmasını nəzərdə tutan bu yenilik fərdi əməklə məşğul olan şəxslərdə maraq doğurur. 2017-ci ilin birinci rübündə 142 vergi ödəyicisinə sabit verginin ödənişini təsdiq edən qəbzlər verilib. Real vergi potensialının müəyyən edilməsi və vergi daxilolmalarının təmin edilməsi sahəsində görülmüş işlər nəticəsində kiçik sahibkarlıq subyektləri tərəfindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 21 milyon 481,3 min manat vəsait səfərbər olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisdə 23% çoxdur”. 

Son xəbərlər

Orphus sistemi