Vergilər Nazirliyi bankların müraciətini cavablandırıb

Vergilər Nazirliyi bankların müraciətini cavablandırıb Bakı. 10 may. REPORT.AZ/ Vergilər Nazirliyi kommersiya banklarının xidmət göstərilən sahibkarlara hansı hallarda qaimə-faktura verilməsi ilə bağlı ...
Maliyyə
10 May , 2017 17:35
Vergilər Nazirliyi bankların müraciətini cavablandırıb
Report

Bakı. 10 may. REPORT.AZ/ Vergilər Nazirliyi kommersiya banklarının xidmət göstərilən sahibkarlara hansı hallarda qaimə-faktura verilməsi ilə bağlı sorğusunu cavablandırıb.

“Report”un əldə etdiyi məlumata görə, Nazirlik cavab məktubunda bəyan edib ki, sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə xidmətlər daimi əsasda göstərildikdə hər ayın yekununda onlara xidmətlərin ümumi umumi dəyərinə uyğun elektron qaimə-faktura təqdim edilməlidir.

“Daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə, həmçinin çek kitabçalarının satışına görə hər bir əməliyyata görə isə müştərilərə ayrılıqda elektron qaimə-faktura təqdim olunmalıdır. Bu məsələlər Vergi Məcəlləsi, eləcə də Nazirlər Kabinetinin təsdiq etdiyi “Elektron qaimə forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir”, - deyə məktubda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi