Yuxarı

Vergilər Nazirliyi apreldə vergi ödəyicilərinə göstərilən xidmətlərin statistikasını açıqlayıb

Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara 177 500 SMS göndərilib

Bakı. 14 may. REPORT.AZ/ Bu ilin aprel ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları 25 825 sual cavablandırıb.

Bu bardədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildrilib ki, müraciətlərin 18,55%-i qeydiyyat, 18,33%-i elektron xidmətlər, 17,95%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 13,38%-i vergilərin növləri, 9,81%-i vergi qanunvericiliyi, qalanları isə digər məsələlər barədə olub.

Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 5 985 zəng daxil olub, 3 405 zəng zamanı vergi borcu, 2580 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara 177 500 SMS göndərilib.

2016-cı ilin aprel ayında vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 53 392 nəfərə 78 082 sayda müxtəlif xidmətlər göstərilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 472 461 daxilolma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 39% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi