Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bakı. 25 sentyabr.REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarovun ötən gün Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı oktyabrın 1-nə keçirilib.
Maliyyə
25 Sentyabr , 2018 09:51
Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Mikayıl Cabbarov / Report/ Firi Salim

Bakı. 25 sentyabr.REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarovun ötən gün Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı oktyabrın 1-nə keçirilib.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Qəbul saat 10:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) baş tutacaq. Qəbulda Gəncə şəhərinin, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilər. 

Son xəbərlər

Orphus sistemi