Yuxarı

​Vergilər naziri Yardımlıda vətəndaşlarla görüşüb

Qəbulda Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər

Bakı. 20 may. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Yardımlı rayonunda vətəndaşları qəbul edib. Nazirliyin Analitik-informasiya şöbəsindən “Report”a verilən məlumata görə, qəbulda Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyətinin yerindəcə həll olunduğu, müraciətlərin bir qismi nəzarətə götürüldüyü, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verildiyi deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi