​Vergilər naziri vətəndaşları qəbul edib

​Vergilər naziri vətəndaşları qəbul edib Qəbul Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar üçün keçirilib
Maliyyə
23 Oktyabr , 2015 15:19
​Vergilər naziri vətəndaşları qəbul edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-də vergilər naziri Fazil Məmmədov tərəfindən Beyləqan şəhərində Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar üçün keçirilib. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

"Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi