​Vergilər naziri Qusarda vətəndaşları qəbul edib

​Vergilər naziri Qusarda vətəndaşları qəbul edib Qəbulda Qusar, Quba və Xaçmaz rayonlarının sakinləri iştirak ediblər
Maliyyə
17 İyun , 2016 16:04
​Vergilər naziri Qusarda vətəndaşları qəbul edib

Bakı. 17 iyun. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Qusarda Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib. Bu barədə “Report”a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi