Vergilər naziri Qətər səfiri ilə görüşüb

Vergilər naziri Qətər səfiri ilə görüşüb Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb.
Maliyyə
23 Fevral , 2018 17:59
Vergilər naziri Qətər səfiri ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov / Report

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb.

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycanla Qətər arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb.

Söhbət zamanı Qətər şirkətlərinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib və qarşılıqlı sərmayələrin genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi