Yuxarı
    Bağlamaq

    ​Vergilər naziri Qazaxda vətəndaşları qəbul edəcək

    Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilər

    Bakı. 21 iyun. REPORT.AZ/ İyulun 3-də vergilər naziri Fazil Məmmədov Qazax rayonunda vətəndaşları qəbul edəcək. "Report" Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlar üçün nəzərdə tutulan qəbul Qazax rayonunun Xanlıqlar kəndində yerləşən Qazax Olimpiya İdman Kompleksində baş tutacaq.

    Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

    Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 14 saylı Ərazi Vergilər İdarəsinin (022) 30-5-31-03, mobil (050) 254-41-02, Qazax rayonu vergi ödəyicilərinə xidmət mərkəzinin (022) 29-5-09-57, mobil (050) 254-41-09, Ağstafa rayonu vergi ödəyicilərinə xidmət mərkəzinin (022) 22-5-35-90, mobil (050) 254-41-10, Tovuz rayonu vergi ödəyicilərinə xidmət mərkəzinin (022) 31-5-73-69, mobil (050) 254-41-67) nömrələri vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi