Bakı. 12 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də vergilər naziri Mikayıl Cabbarov Beyləqanda bu regiondan olan vətəndaşları qəbul edəcək.
“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın və Xocavənd rayon sakinləri iştirak edə bilər.
Qəbul Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar bu gün və sabah adı çəkilən idarəyə, eləcə də İmişli rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Oktyabrın 16-da isə nazir Gəncə şəhərinin, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Şəmkir rayonundakı 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.