Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcək

Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcək Qəbula yalnız Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar yazıla bilər
Maliyyə
8 Noyabr , 2016 11:42
Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Noyabrın 11-də vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək. Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, nazirin qəbulu Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi, 3 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbula yalnız Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar yazıla bilər.

F.Məmmədov vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti, Yeni Gəncə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi vasitəsilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi