Vergilər naziri Efiopiya səfiri ilə görüşüb

Vergilər naziri Efiopiya səfiri ilə görüşüb Bakı. 22 fevral. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Efiopiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.
Maliyyə
22 Fevral , 2018 14:20
Vergilər naziri Efiopiya səfiri ilə görüşüb

Bakı. 22 fevral. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Efiopiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və genişləndirilməsi perspektivləri, eləcə də ticarət dövriyyəsinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Nazirliklə Efiopiyanın vergi orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi