Yuxarı

Vergi islahatları ABŞ banklarına ciddi təsir göstərəcək

ABŞ bankları vergi islahatından 12 mlrd. dollar əldə edəcək

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın həyata keçirməyə hazırlaşdığı vergi islahatları proqramı çərçivəsində korporativ mənfəət vergisi tariflərinin cari 35%-dən 15%-ə endirilməsi gözlənilir.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, tariflərin azaldılması ABŞ-ın əsas banklarının illlik mənfəətlərinin orta hesabla 14% artmasına səbəb olacaq. Agentlik bildirir ki, korporativ mənfəət vergisi tariflərinin azaldılması "Wells Fargo", "JPMorgan Chase", "U.S.Bank of America", Goldman Sachs" və "Morgan Stanley" kimi bankların məcmu illik mənfəətinin 12 mlrd. dollar artmasına səbəb olacaq. 

Xatırladaq ki, ABŞ prezidenti bir qədər əvvəl 2008-2009-cu il maliyyə böhranı zamanı qəbul olunmuş "Dodd-Frank" qanununa yenidən baxılması ilə bağlı qərar verib. Qanun bank sektoruna nəzarətin bir qədər yumşaldılmasını nəzərdə tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi