Yuxarı

Vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat borcu var

Nazir müavini Sahib Ələkbərov: Vergi ödəyicilərinin könüllülüyü 70%-ə çatıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda hazırda vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat həcmində borcu var. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. 

S.Ələkbərovun sözlərinə görə, bu məbləğ bir neçə ildir bu səviyyədə dəyişir: "Vergi ödəyicilərinin könüllülüyü hər il artır. Hazırda vergi ödəyicilərinin könüllüyü 70% təşkil edir. Vergi borclarına gəldikdə isə bu, bütün sahələrdə var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi