Vasif Talıbov: “Dövlət orqanları tərəfindən israfçılığa yol verilməməlidir”

Vasif Talıbov: “Dövlət orqanları tərəfindən israfçılığa yol verilməməlidir” "Əsasən yerli məhsullardan istifadə bir vətəndaş münasibəti formasını almalıdır"
Maliyyə
10 Fevral , 2016 22:22
Vasif Talıbov: “Dövlət orqanları tərəfindən israfçılığa yol verilməməlidir”

Bakı. 10 fevral. REPORT.AZ/ “Dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa, izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə bir vətəndaş münasibəti formasını almalıdır”.

“Report”un xəbərinə görə, bunu Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sahibkarlarla görüşündə deyib.

O qeyd edib ki, yerli məhsullara üstünlük verilməsi öz növbəsində yerli istehsalın inkişafını dəstəkləməklə yanaşı, xərclərin azaldılmasına, məşğulluğun artırılmasına xidmət edəcək:

“Qarşıda bizi mühüm vəzifələr gözləyir. Bu vəzifələrin icrası, sahibkarlıq sahəsində fəaliyyətin genişləndirilməsi üçün hər cür imkan və şərait vardır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda iqtisadi islahatlar həyata keçirilir. Bunun əsas məqsədi sahibkarlıq strukturlarında fəaliyyəti gücləndirməklə iqtisadi qüdrətimizin artırılmasına, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır”.

Son xəbərlər

Orphus sistemi