ÜTT 2017-ci ildə qlobal ticarət həcmindəki artım ilə bağlı proqnozunu yaxşılaşdırıb

ÜTT 2017-ci ildə qlobal ticarət həcmindəki artım ilə bağlı proqnozunu yaxşılaşdırıb Bununla belə, bəzi ölkələrin ticarət siyasətində dəyişikliklərin olması ehtimalı və geosiyasi risklər var
Maliyyə
21 Sentyabr , 2017 19:25
ÜTT 2017-ci ildə qlobal ticarət həcmindəki artım ilə bağlı proqnozunu yaxşılaşdırıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2017-ci ildə qlobal ticarət həcmindəki artımla bağlı proqnozunu 2,4%-dən 3,6%-ə yüksəldib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. 

ÜTT-in hazırladığı proqnoz hesabatında qeyd olunub ki, bundan əvvəlki hesabatda dünya iqtisadiyyatında yüksək qeyri-müəyyənlik ehtimalı əks etdirilsə də, yeni hesabatda Asiya ölkələrinin bir-bir ilə, eləcə də Şimali Amerika ilə ticarət fəallığının artdığı vurğulanıb. Qurumda hesab edirlər ki, qlobal ticarətin həcmi daha da arta bilər. ÜTT 2017-ci il üçün artım göstəricisinin 3,2-3,9% diapazonunda dəyişəcəyini də istisna etməyib. Bu, bəzi ölkələrin ticarət siyasətində dəyişikliklərin olması ehtimalı və geosiyasi risklərlə bağlıdır. 

Qeyd edək ki, təşkilat 2018-ci ildə qlobal ticarətin həcminin 3,2%, dünya üzrə ümumi daxili məhsulun isə 2,8% artacağını proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi