Yuxarı

“Union Lizinq”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Union Lizinq”ın səhmdarlarının yığıncağı keçiriləcək
Dinlə

Bakı. 17 may. REPORT.AZ/ İyunun 29-da, saat 11:00-da “Union Lizinq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ev 4, Xarici Dairəvi Yol ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin illik hesabatlarının təsdiq edilməsi, cari vəziyyətinin müzakirə olunması məsələləri daxildir.

Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi