"Union Lizinq"in aktivləri bu il 12% azalıb

"Union Lizinq"in aktivləri bu il 12% azalıb Şirkət 1-ci yarımilliyi 153 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
22 Sentyabr , 2016 11:18
Union Lizinqin aktivləri bu il 12% azalıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu il, iyulun 1-nə "Union Lizinq" ASC-nin cəmi aktivləri 20,893 mln. manat təşkil edib.

"Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 12,1% azdır.

"Union Lizinq"in aktivlərinin demək olar ki, 100%-ni lizinq üzrə debitor borclar təşkil edib.

Son 6 ayda Şirkətin cəmi öhdəlikləri 9,9% azalaraq 27,671 mln. manat olsa da, "Union Lizinq" cəmi kapitalını tamamilə itirib və əlavə 6,779 mlın. manat kapitala ehtiyacı yaranıb.

Bununla belə, Şirkət 2016-cı ilin 1-ci yarısını 153 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 10 manat olan 4 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% İsmayılov Abdul Rüfət oğluna məxsusdur.

Son xəbərlər

Orphus sistemi