"Unibank" nizamnamə kapitalını 70% artırıb

"Unibank" nizamnamə kapitalını 70% artırıb Bankın səhmdarlarının pay bölgüsü dəyişib
Maliyyə
19 İyun , 2017 14:41
Unibank nizamnamə kapitalını 70% artırıb

Bakı. 19 iyun. REPORT.AZ/ “Unibank” ASC-nin kapitallaşmasının birinci mərhələsi başa çatıb.

“Report” Banka istinadən xəbər verir ki, bu gün Bakı Fond Birjasında (BFB) ümumi dəyəri 49 120 480 manatlıq - hər birinin nominal dəyəri 2,72 manat olan 18 059 000 ədəd yeni səhmin yerləşdirilməsi həyata keçirilib. 

Səhmləri mövcud səhmdarlar alıb. Bunun nəticəsində "Uniban"kın nizamnamə kapitalı 69,61% artaraq 119 685 712 manata çatıb. Hazırda bu prosesin yekun mərhələsi olaraq dövlət orqanları və BFB tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır. 

Səhmlərin yerləşdirilməsi nəticəsində "Unibank"ın səhmdarlarının pay bölgüsü dəyişib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Bankdakı payını 12,15%-dən 21,9%-ə, Almaniyanın "DEG" investisiya şirkəti isə payını 6,68%-dən 27,6%-ə çatdırıb. Əvəzində yerli fiziki şəxs olan səhmdarların payı 81,17%-dən 50,5%-ə düşüb. 

Xatırladaq ki, "Unibank"ın yenidən kapitallaşdırılması proqramı Bankın səhmdarlarının 18 aprel 2017-ci il tarixli ümumi yığıncağında qəbul edilib. Bu qərar mövcud makroiqtisadi şokdan sonra yaranmış itkilərin kompensasiyasına və bankın, post-neft dövründə kapital bazasının daha da möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək.

"Növbəti səhm buraxılışınının uğurlu yerləşdirilməsi xarici və yerli investorların "Unibank"a olan mövcud inamının göstəricisidir. Bankın fəaliyyət göstərdiyi 25 il ərzində göstərilən dəyişməz dəstək və inama görə bütün səhmdarlarına və müştərilərinə dərin minnətdarlığını çatdıran bank menecmenti, qəbul edilmiş 2017-2020-ci il üçün strateji inkişaf planında qeyd edilən bütün hədəflərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirir"- deyə məlumatda qeyd edilib. 

“Unibank” ölkənin aparıcı maliyyə təsisatlarından biridir. Hazırda bank 940 mindən artıq fərdi və 10 mindən çox korporativ müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi