Yuxarı
    Bağlamaq

    “Unibank” manat əmanətlərini bahalaşdırıb

    Bankın ABŞ dolları ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb

    Bakı. 20 fevral. REPORT.AZ/ “Unibank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi müddətli (klassik) əmanətlərin faiz dərəcələrini artırıb.

    Bu barədə “Report” Banka istinadən xəbər verir.

    Məlumata görə, məsələn, hazırda “Unibank”da 1 il müddətinə milli valyuta ilə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 17-17,3% divident vəd edilir. İndiyə qədər illik gəlirlilik 15,5-16% olub.

    Bankın ABŞ dolları ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

    Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi