Yuxarı

"Unibank" manat əmanətlərini bahalaşdırıb

Bank milli valyuta ilə əmanətlərin illik gəlirliliyini 16%-ə çatdırıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha biri manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini artırıb.

"Report" xəbər verir ki, söhbət "Unibank" ASC-dən gedir.

Məlumata görə, hazırda "Unibank"da milli valyuta ilə 1 illik müddətinə əmanətlər faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olaraq 15,5%-16%-lə qəbul edilir. İndiyə qədər bu göstərici 13-14% olub. Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur. 

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhmi var. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi