Yuxarı
    Bağlamaq

    “Unibank” istehlak və mikro kreditləri ucuzlaşdırıb

    © Report

    23 yanvar. REPORT.AZ/ “Unibank” ASC yeni kredit kampaniyası keçirir. 

    “Report” bu barədə banka istinadən xəbər verir.

    Kampaniyaya əsasən fevralın 6-na qədər "Unibank"dan istehlak və yaxud mikro kredit götürənlər, əsas məbləğin ödənişinə 3 aydan sonra başlayacaqlar. İlk 3 ayda isə kreditin yalnız faizi ödəniləcək. Üstəlik kampaniya müddətində götürülən nağd və mikro kreditlərin illik faiz dərəcəsinə 2% endirim ediləcək. Kart krediti götürənlərə isə "Albalı Plus" kredit kartı pulsuz veriləcək.

    “Unibank”dan krediti filiala gəlmədən də, "Unibank Mobile" əlavəsi vasitəsilə onlayn sifariş etmək mümkündür. 

    Müştərilərin tələbatını nəzərə alaraq, "Unibank"ın filialları şənbə günləri də əhaliyə xidmət göstərir. Bankın paytaxtda və Abşeronda “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”, 14 saylı (Beş mərtəbə), “Əhmədli” filialları, regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və “Şəmkir” filialları şənbə günləri saat 10.00-dan 14.00-a qədər fəaliyyət göstərir. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09.00-dan 17.00-a qədər fəaliyyətdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi