“Unibank”ın Müşahidə Şurasının sədri Bankın səhmlərinin 42%-nə nəzarət edir

“Unibank”ın Müşahidə Şurasının sədri Bankın səhmlərinin 42%-nə nəzarət edir Bankın səhmdarlarının daha detallı yeni pay bölgüsü açıqlanıb
Maliyyə
8 İyul , 2017 12:01
“Unibank”ın Müşahidə Şurasının sədri Bankın səhmlərinin 42%-nə nəzarət edir

Bakı. 8 iyul. REPORT.AZ/ “Unibank” ASC-nin səhmdarlarının daha detallı yeni pay bölgüsü açıqlanıb.

Bu barədə “Report” Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Bankın səhmlərinin 41,9%-nə nəzarət edir. Bankın Nizamnamə kapitalının 70% artırılmasından əvvəl bu göstərici 56,9% olub.

Bundan əvvəl “Unibank”ın səhmlərinin 4,4%-nə nəzarət edən Zemfira Cəfərovanın payı isə 2,6%-ə düşüb.

Əvvəlcədən deyildiyi kimi Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Unibank”dakı payını 12,15%-dən 21,9%-ə, Almaniyanın "DEG" investisiya şirkəti isə payını 6,7%-dən 27,6%-ə çatdırıb. Digər fiziki və hüququ şəxslərin, minoritar səhmdarların Bankdakı payı isə 19,85%-dən 6%-ə düşüb.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 119,686 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi