“Unibank”ın filialları həftə sonu da işləyəcək

“Unibank”ın filialları həftə sonu da işləyəcək Bakı. 11 dekabr. REPORT.AZ/ Müştərilərin tələbatını nəzərə alaraq, “Unibank” filialları şənbə günləri əhaliyə xidmət göstərir.
Maliyyə
11 Dekabr , 2017 16:00
“Unibank”ın filialları həftə sonu da işləyəcək
Report

Bakı. 11 dekabr. REPORT.AZ/ Müştərilərin tələbatını nəzərə alaraq, “Unibank” filialları şənbə günləri əhaliyə xidmət göstərir.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, həftəsonu “Unibank”ın xidmət və məhsullarından istifadə etmək istəyənlər Bankın Bakı və Abşerondakı “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”, 14 saylı (Beş mərtəbə), “Əhmədli” filiallarına, regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və “Şəmkir” filiallarına müraciət edə bilərlər. Filiallar saat 10:00-dan 14:00-a qədər müştərilərin xidmətindədir və kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir.

Bundan başqa, “Unibank”ın Yeni il kampaniyası çərçivəsində yanvarın 15-nə qədər Bankdan kredit götürənlər, “Unibank” kartları və “Unibank Mobile”la ödənişlər edənlər lotereyada 2018 manata qədər pul qazanmaq şansı əldə edirlər. Lotereyanın 95 qalibi seçiləcək. Kartlar ilə edilən nağdsız ödənişlərin hər 10 manatı müştəriyə lotereyada 1 iştirak şansı qazandırır. Kartlar üzrə lotereyada iştirak etmək üçün yanvarın 15-nə qədər unibank.az saytında (https://onlineservices.unibank.az/LottoRegister/) qeydiyyatdan keçmək lazımdır.

Lotereya qalibləri aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər:

2 nəfər qalib hər biri 2018 manat

1 nəfər qalib 500 manat

22 nəfər qalib hər biri 100 manat

70 nəfər qalib hər biri 50 manat.

2 hissədən ibarət tiraj yanvarın 23-də “Unibank”ın baş ofisində keçiriləcək. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında aparılacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/az/private-clients/kampaniyalar/lottery2018), “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi