"Unibank"ın filialı yeni ünvana köçüb

"Unibank"ın filialı yeni ünvana köçüb Filial Səbail rayon DYP-nin yaxınlığında yerləşir
Maliyyə
12 Yanvar , 2015 10:51
Unibankın filialı yeni ünvana köçüb

Bakı. 12 yanvar. REPORT.AZ/ "Unibank" ASC-nin 9 saylı filialı ("Bayıl") yeni ünvana köçürülüb. Hazırda filial Səbail rayonu, Salyan şosesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsi, bina 19-da (74-cü mədənin ərazisi) fəaliyyət göstərir.

"Report"un Bankın baş ofisinə istinadən verdiyi xəbərə görə, Səbail rayon DYP-nin yaxınlığında yerləşən filial, Salyan şosesinin üzərində yerləşməklə, yaxın rayonların əhalisi üçün də münasib ünvandadır: "9 saylı filial yeni ünvanda vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla, bütün bank xidmətləri göstərir. Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər". 

Qeyd edək ki, "Unibank"ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü saat 09:00-dan 17:00-dək "Bayıl" filialına müraciət edə bilər. 

Son xəbərlər

Orphus sistemi