"Unibank" dollar kreditləri üzrə borcları aşağı faizlə qəbul edir

"Unibank" dollar kreditləri üzrə borcları aşağı faizlə qəbul edir Güzəşt kampaniyası avqustun 12-dək davam edəcək
Maliyyə
16 May , 2016 17:04
Unibank dollar kreditləri üzrə borcları aşağı faizlə qəbul edir

Bakı. 16 may. REPORT.AZ/ "Unibank" ASC dollar krediti olan müştərilərinə güzəşt kampaniyasına başlayıb. Bank borcunu birdəfəlik bağlamaq istəyən müştərilərin kredit borcunun 14%-ni ümumi borcdan silir. Yəni müştəri kreditin 86%-ni birdəfəlik ödəməklə borcunu bağlaya bilər.

"Report"un verdiyi xəbərə görə, güzəşt avqustun 12-dək davam edəcək. Lakin prosesin gedişatından asılı olaraq vaxtın uzadılması da mümkündür. Həmçinin, borcunu birdəfəlik deyil, aylıq ödəyən müştərilərin aylıq ödənişlərində təxminən eyni faizlə güzəşt tətbiq edilir.

"İndi belə bir güzəştin tətbiqi kreditin dolların hazırkı məzənnəsi ilə deyil, təxminən 1,29 AZN/USD ilə ödənilməsi deməkdir", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, bu güzəşt əsasən "Unibank"ın seçilmiş müştərilərinə aiddir və yalnız dollarla olan istehlak kreditləşməsini əhatə edir.

Son xəbərlər

Orphus sistemi