“Unibank” 10 min manatlıq lotereya keçirir

“Unibank” 10 min manatlıq lotereya keçirir Müştərilərdən 1 nəfər 1 000 manat, 3 nəfər 500 manat, 30 nəfər 100 manat, 50 nəfər 50 manat, 100 qalib isə 20 manat qazanacaq
Maliyyə
7 Aprel , 2017 11:57
“Unibank” 10 min manatlıq lotereya keçirir

Bakı. 7 aprel. REPORT.AZ/ “Unibank” ASC müştərilərinə cəmi bir əməliyyatla 1 000 manatadək pul mükafatı qazanmaq şansı yaradır. “Report”un Bankdan əldə etdiyi məlumata görə, müştərilərin bank kartı ilə və yaxud “Unibanl Mobile”la hər 10 manatlıq əməliyyat etməsi onların lotereya iştirakçıları sırasına düşməsinə imkan yaradacaq.

Məlumata görə, uduş fondu 10 min manat olan “Bahar lotereyası” 184 nəfərə müxtəlif pul uduşları qazandıracaq.

Bunun üçün müştərilər “Unibank”ın debet, kredit və maaş kartları ilə kommunal, mobil, stasionar, internet/TV xidmət ödənişləri, hesabdan hesaba, kartdan hesaba, hesabdan karta, kartdan karta fərqli valyutada köçürmələr həyata keçirməlidir.

Lotereyada müştərilərdən 1 nəfər 1 000 manat, 3 nəfər 500 manat, 30 nəfər 100 manat, 50 nəfər 50 manat, 100 qalib isə 20 manat qazanacaq.

Lotereya aprelin 10-dək davam edəcək və qaliblər 19 aprel tarixində oynanılan tirajda kompüter seçmə üsulu ilə seçiləcək.

Son xəbərlər

Orphus sistemi