Yuxarı
    Bağlamaq

    Ukraynanı defolt, qrivnanı isə çöküş gözləyir

    Ukrayna təkbaşına qrivnanın sabitliyinə nail ola bilmir© Courtesy İmage

    Bakı. 13 mart. REPORT.AZ/ "Beynəlxalq Valyuta Fondunun (IMF) dəstəyi olmadan Kiyev qrivnanın məzənnəsinə nəzarəti itirməklə yanaşı sürətlə artan xarici borc səbəbindən defolta uğraya bilər". "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Ukrayna Mərkəzi Bankının sədr müavini Oleq Çuriy verib. 

    Bankirin fikrincə, IMF Ukraynaya beynəlxalq kreditorlarla hesablaşmağa yardım edə bilər: "Əgər riyazi olaraq hesablasaq, IMF-in maliyyə yardımı davam etməsə, biz öhdəliklərimizi yerinə yetirə bilməyəcəyik. Başqa sözlə, biz defolt olaycağıq. Bunu hamı anlamalıdır", - deyə O.Çuriy qeyd edib. 

    Mərkəzi Bankın sədr müavini hesab edir ki, Ukrayna hökuməti müstəqil olaraq qrivnanın məzənnəsini sabit saxlaya bilməyəcək: "Maliyyə böhranının qarşısını almaq üçün Kiyev beynəlxalq qurumlara müraciət etməlidir. Belə ki, yaxın bir neçə ildə Ukrayna 12,5 mlrd. ABŞ dolları borc ödəməlidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi